Fransa Liqa 1-də XXIX turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun son qarşılaşmasında PSJ "Marsel"i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
PSJ-nin heyətində Angel Di Maria dubl edib, Kilian Mbappe bir qol vurub. "Marsel"in yeganə qoluna isə Valere Jermain imza atıb. Qonaq komandadan Stiv Mandanda 62-ci dəqiqədə meydandan qovulub.
Qeyd edək ki, bir oyun az keçirən PSJ 77 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Lill"i 20 xal qabaqlayır. 3-cü pillədəki "Lion"un 53, 4-cü yeri tutan "Marsel"in 47 xalı var.
Fanat.Az