"Bavariya”nın hücumçusu Tomas Müller Almaniya millisinin çalışdırıcısı Yoahim Lövün onu və komanda yoldaşlarını - Jerom Boatenqlə Mats Hummelsi yığmaya dəvət etməməsinə münasibət bildirib.
Fanat.Az "Bayern & Germany”nin tvitter hesabına istinadən xəbər verir ki, o, belə deyib:
"İndi biz Hummels və Boatenqlə birlikdə öz arvadlarımıza daha çox vaxt ayıracağıq. Başqa yolumuz yoxdu. Klub futboluna köklənəcəyik. Hər oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bir-iki ildən sonra nə baş verəcəyini heç kim bilə bilməz”.
Qeyd edək ki, hər 3 futbolçu DÇ-2014-də Almaniyanın heyətində dünya çempionu olub.
Fanat.Az