İtaliyanın "Udineze” klubu baş məşqçisi Davide Nikolanı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Artıq komandanın yeni baş məşqçisi də açıqlanıb. A Seriyası təmsilçisini İqor Tudor çalışdıracaq.
Qeyd edək ki, xorvat mütəxəssis 2018-ci ildə "Udineze"yə başçılıq edib. O, əvvllər Xorvatiyanın "Hayduk", Yunanıstanın PAOK, Türkiyənin "Karabüksor" və "Qalatasaray" klublarını çalışdırıb.
Fanat.Az