İlkay Gündoğan "Mançester Siti"dən ayrıla bilər.
Fanat.Az xəbər verir ki, türk əsilli almaniyalı futbolçu İngilətərə klubu ilə apardığı danışıqları dayandırıb. Goal.com-un məlumatına görə, İlkya növbəti mövsüm mütəmadi olaraq start heyətdə yer almayacağını düşündüyü üçün belə bir addım atıb. Yarımmüdafiəçi yeni müqavilə imzalamağa razı olmasa, mövsümün sonu satılacaq.
Qeyd edək ki, İlkay 2016-cı ildə Dortmund "Borussiya"sından "Mançester Siti"yə 27 milyon avroya transfer olunub. 28 yaşlı futbolçu cari mövsümdə 39 oyuna çıxaraq 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır.
Fanat.Az