İngiltərə Premyer Liqasında təxirə salınmış 3 oyun keçirilib.
Fanat.Az xəbər verir ki, 27, 31 və 33-cü turun görüşlərində müvafiq olaraq "Çelsi” "Brayton”u, "Tottenhem” "Kristal Palas”ı, "Mançester Siti” isə "Kardiff”i qəbul edib.
Hər üç görüşdə qələbəni meydan sahibləri bayram edib. Belə ki, "Çelsi" 3:0, "Tottenhem" və "Mançester Siti" 2:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xalını 80-ə çatdıran "Mançester Siti" liderliyi ələ keçirib. "Liverpul" 79 xalla 2-ci, "Tottenhem" 64 xalla 3-cüdü.
Fanat.Az