Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki oyununun hakimləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, UEFA "Liverpul" - "Portu" qarşılaşmasını ispan Antonio Migel Mateu Lahoza tapşırıb.
"Tottenhem" - "Mançester Siti" görüşünü isə hollandiyalı Byorn Kuypers idarə edəcək.
Qeyd edək ki, sabah keçiriləcək hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Fanat.Az