"Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən gün istefa verən Samet Aybabanı Mesut Bakkal əvəzləyib.
Qeyd edək ki, "Bursaspor” 27 turdan sonra Super Liqada 28 xalla 15-ci pillədə qərarlaşıb. Mesut Bakkal son olaraq "Alanyaspor"u çalışdırıb.
Fanat.Az