23:54 16.04.2019 1863

MY darmadağın oldu, \"Ayaks\" \"Yuve\"ni də \"əzdi\"

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçirilib. 

Fanat.Az xəbər verir ki, qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunub. "Yuventus" "Ayaks”ı, "Barselona” isə "Mançester Yunayted”i qəbul edib. 

Səfərdəki ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılan "Yuventus”a yarımfinala yüksəlmək üçün doğma meydanda qolsuz heç-heçə də kifayət edəcəkdi. "Ayaks” isə tarixdə ilk dəfə Turində qələbə qazanmaq üçün meydana çıxacaqdı. Hərçənd, amsterdamlıları 2:2-dən başlayaraq, məhsuldar heç-heçələr də qane edirdi. Hesabı Ronaldo açsa da, ilk yarıda bərabərlik qolunu vuran Hollandiya təmsilçisi 2-ci hissədə də özünü qonaq kimi aparmayıb. Ardıcıl həmlələrin məntiqi nəticəsi olaraq qələbə qoluna sevinib - 1:2.  

Gecənin digər matçına gəldikdə, evdə 0:1 hesabı ilə məğlub olan Ole Qunnar Sulşerin yetirmələrinin cavab qarşılaşmasında qələbədən başqa şansı yox idi. 20 il əvvəl məhz "Nou Kamp"da Almaniya "Bavariya"sını finalda 2:1 hesabı ilə yenən, tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olan "Mançester Yunayted” bu dəfə geri dönüş edə bilməyib. Messinin erkən dublu ilə sarsılan "qırmızı şeytanlar" ikinci yarıda daha bir qol buraxaraq darmadağına üzülüb.  
 
Yarımfinala vəsiqə qazanan MY və "Ayaks"ın rəqiblərini sabah tanıyacağını xatırladaq.

Çempionlar Liqası 
1/4 final
Cavab oyunları 

16 aprel 
Barselona (İspaniya) - Mançester Yunayed (İngiltərə) 3:0 
Qollar: Messi, 16; 20, Koutinyo, 61ş
Barselona: 1. Ter Ştegen, 3. Cerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 7. Filipe Koutinyo, 8. Artur, 9. Luis Suarez, 10. Lionel Messi, 15. Klemen Lenqlet, 18. Xordi Alba, 20. Serxi Roberto.

Mançester Yunayted: 1. David De Xea, 2. Viktor Linelöf, 4. Fil Cons, 6. Pol Poqba, 10. Markus Reşford, 11. Antoni Martial, 12. Kris Smollinq, 14. Cessi Linqard, 17. Fred, 18. Eşli Yanq, 39. Skot Maktomina.

Baş hakim: Feliks Brix (Almaniya).
Barselona. "Nou Kamp" stadionu.

Yuventus (İtaliya) - Ayaks (Hollandiya) 1:2

Qol: Ronaldo, 28 - Van de Beek, 34, De Liqt, 67
Yuventus: 1. Voyçex Şesnı, 2. Mattia De Şilyo, 5. Miralem Pyaniç, 7. Kristiano Ronaldo, 10. Paulo Dibala, 12. Aleks Sandro, 14. Blez Matuidi, 19. Leonardo Bonuççi, 23. Emre Can, 24. Daniele Ruqani, 33. Federiko Bernardeski.

Ayaks: 24. Andre Onana, 3. Coel Veltman, 4. Mattiys De Liqt, 6. Doni Van de Bik, 7. David Neres, 10. Duşan Tadiç, 12. Nusayr Mazraui, 17. Deyli Blind, 20. Lasse Şön, 21. Frenki De Yonq, 22. Hakim Ziyeç.

Baş hakim: Klemen Turpin (Fransa).
Turin. "Yuventus" stadionu.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X