Türkiyə Super Liqasında XXX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Fənərbaxça" ötən gün "Trabzonspor"u qəbul edib. İki qolun vurulduğu qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 16-cı dəqiqədə qonaqlardan Yusuf Yazıcı açıb. "Fənərbaxça" 90+5-ci dəqiqədə Matyu Valbuenanın qolu ilə bərabərliyi təmin edib. Meydan sahiblərindən Sadik Çiftpınar qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Trabzonspor" 30 turdan sonra "Fənərbaxça" 53 xalla 4-cü, "Fənərbaxça" 34 xalla 14-cü pilləni tutur.
Fanat.Az