"Liverpul" "Barselona" ilə oyundan öncə bəd xəbər alıb.
Fanat.Az xəbər verir ki, "Nyukasl"la oyunda zədələnən Məhəmməd Salahın Çempionlar Liqasının matçında meydana çıxmayacağı dəqiqləşib. Bu barədə baş məşqçi Yurgen Klopp məlumat verib.
"Salah "Barselona"ya qarşı oynayacaq vəziyyətdə deyio. Özünü daha yaxşı hiss edir, amma tibbi baxımdan meydanda olması mümkün deyil" deyə alman mütəxəssis bildirib.
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının yarımfinal mərhələsinin səfərdəki ilk oyununda "Barselona"ya 0:3 hesabı ilə uduzub.
Onu da qeyd edək ki, zədə səbəbindən "Liverpul"un başqa bir ulduzu - Roberto Firmino "Barselona"ya qarşı oynamayacaq.
Fanat.Az