"Arsenal” Henrik Mxitaryanı satışa çıxarmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Buna səbəb məşqçilər korpusunun 30 yaşlı futbolçunun performansından narazı olmasıdı.
Qeyd edək ki, Mxitaryan 2018-ci ilin qışında 34 milyon avroya "Mançester Yunayted"dən "Arsenal"a transfer olunub. O, cari mövsümdə 39 rəsmi oyuna çıxaraq 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az