"Real" 2019/20 mövsümündən əvvəl ilk transfer bombasını açıqlamağa hazırlaşır.
Fanat.Az zəbər verir ki, Bakıda keçirilən Avropa Liqasının "Arsenal"la final oyunundan sonra "Çelsi"dən ayrılacağını açıqlayan Eden Hazardın "Real"a keçidi tezliklə elan olunacaq.
İspaniya mediasının məlumatına görə, "Kral Klubu" Belçika millisinin üzvünün keçidini iyunun 3-də rəsmən elan edəcək.
Qeyd edək ki, Hazard Bakı finalından sonra "Çelsi"dən gedəcəyini açıqlamışdı: "Bəli, düşünürəm ki, bu, vida oyunum idi. Həmişə Premyer Liqada oynamaq arzusunda olmuşam. Dünyanın ən yaxşı klublarından birində 7 ilimi keçirdim. Yəqin ki, indi yeni bir çağırış vaxtıdır".
Fanat.Az