Çempionlar
Liqasının finalında "Tottenhem" və "Liverpul" komandaları
arasında Madriddəki "Vanda Metropolitano" stadionundakeçirilən
oyunda (0:2) yarıçılpaq vəziyyətdə meydanagirən model Kinsi Volanski cərimələnəcək.
Fanat.Az-ın "Marka" nəşrinə istinadən məlumatına görə, sözügedən qadın 15 min avro məbləğində cərimə ödəyəcək. Buna səbəb Volanskinin bu addımının reklam
xarakteri daşımasıdır. Onun üzərində "VitalyzdTV" yazılangeyimdə
meydana daxil olmasından sonra sözügedən telekanalın 3.5 milyon avro gəlir
götürdüyü iddia olunur.
Qeyd edək ki, həmin hadisədən sonra modelin
"İnstagram"dakı izləyicilərinin sayı 2.5 milyon nəfərə çatsa da,
sonradan onun hesabı bağlanmışdı.
Fanat.Az