Paul Poqba "Mançester Yunayted"dən ayrılmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, fransalı futbolçu bu barədə Tokioda "Adidas" şirkətinin təşkil etdiyi tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran bildirib.
"Sizin də dediyiniz kimi, həqiqətən son vaxtlar haqqımda çox söz-söhbət gəzir. Mançesterdə 3 yaxşı mövsüm keçirdim. Düzdür, həm sevincli, həm də kədərli anlar oldu. Ancaq son mövsüm mənim üçün ən yaxşı idi. Bəlkə də yeni çağırış üçün ən yaxşı vaxtdır. Bu haqda düşünürəm" deyə 26 yaşlı yarımmüdafiəçi qeyd edib.
Qeyd edək ki, Poqbanı "Real" və "Yuventus" istəyir.
Fanat.Az