"Fənərbaxça” daha bir futbolçu transfer edir.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, İstanbul klubu "Sivasspor”dan Emre Kılınçı heyətinə qatır.
24 yaşlı yarımmüdafiəçi üçün Sivas təmsilçisinə 3 milyon avro ödəniləcək və Barış Alıcı 1 illik icarəyə veriləcək.
Qeyd edək ki, Emre Kılınç ötən mövsüm "Sivasspor”da 32 qarşılaşmada 7 qol vurub və 7 məhsuldar ötürmə verib.
Fanat.Az