"Barselona" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Valensiya"nın qapıçısı Netonu transfer edib. "Barselona" 29 yaşlı qolkiper üçün qarşı tərəfə 26 milyon avro ödəyib. "Valensiya" əlavə olaraq 9 milyon avro bonus qazana bilər.
Kataloniya klubu yeni futbolçusuna 200 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Neto "Valensiya"ya 2017-ci ildə "Yuventus"dan 7 milyon avroya transfer olunub.
Fanat.Az