"Yuventus" bir müddətdi danışıqlar apardığı "Ayaks"ın futbolçusu Mattiqs de Liqti heyətinə qatmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, "Sky Sports İtalya" 19 yaşlı mərkəz müdafiəçisinin transferinin bəzi detallarını açıqlayıb.
İddia olunub ki, "Yuventus" bu transferə görə "Ayaks"a 75 milyon avro ödəyəcək. Turin klubu gənc futbolçunun müqaviləsinə 150 milyon avroluq sərbəst qalma maddəsi salacaq. Bundan başqa onun meneceri Mino Raiolaya 11 milyon komissiya haqqı ödəniləcək.
Fanat.Az