"Qalatasaray” heyətinə daha iki futbolçu cəlb edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Cimmi Durmaz və müdafiəçi Şener Özbayraklı ilə müqavilə imzalayıb.
"Fənərbaxça"dan gələn Şener Özbayraklı ilə 2 illik müqavilə bağlanıb. O, 2019/20 mövsümündə 6, 2020/21 mövsümündə 7 milyon lirə maaş alacaq.
"Tuluza"dan gələn türk əsilli isveçli Cimmi Durmaz isə 3 illik sazişə qol çəkib. O, 2019/20 mövsümündə 6, 2020/21 mövsümündə 7, 2021/22 mövsümündə 8 milyon lirə qazanavcaq.
Qeyd edək ki, "Qalatasaray” bir neçə gün əvvəl Rayan Babel, Adem Büyük və Valentine Ozornvaforu da transfer etdiyini açıqlamışdı.
Fanat.Az