"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) klubu əvvəlki adı "Universitatya"nı özünə qaytarıb.
Fanat.Az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının (FRF) İcraiyyə Komitəsi qərar qəbul edib. Qərara əsasən, "Krayova" yarışlar zamanı "Universitatya" adından yararlana bilər.
Qeyd edək ki, 2011-ci il iyulun 20-də FRF "Universitatya"nı ölkə çempionatından müvəqqəti kənarlaşdırıb. Səbəb kimi klubun sabiq baş məşqçisi Viktor Pitsurke ilə idman mübahisəsini vətəndaş məhkəməsində həll etməklə, federasiyanın əsasnaməsini pozması göstərilib. 2014-cü ildə bu klub dağılıb və onun əvəzinə "Krayova" yaradılıb.
Fanat.Az