Argentinada futbol oyunu zamanı bədbəxt hadisə baş verib.
Fanat.Az xəbər verir ki, "Union de Qolondrina" klubunun qapıçısı Ramon İsmael Koronel oyun zamanı dünyasını dəyişib
Beləki, 17 yaşlı qolkiper matçın gedişində sinəsiylə penalti dəf edib və sevincini qeyd edərkən yerə yıxılıb. Yerdən qalxmayan gənc futbolçunun ürək tutmasından vəfat etdiyi məlum olub.
Ramon İsmaelin atası Eduardo Karonel stadionda ambulans maşınının olmadığını bildirib: "Meydanda ambulansın olmaması biabırçılıqdır. Oğlumu xilas etmək mümkün idi".
Fanat.Az