Ansi Aqolli “Nyu York Kosmos”u çempion etdi - VİDEO
"Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli ABŞ-da çempion olub.
Fanat.Az xəbər verir ki, alban futbolçunun çıxış etdiyi "Nyu York Kosmos” "Bruklin”lə oyunda 1:0 hesablı qələbə qazanıb. Yeganə qola 72-ci dəqiqədə Aqolli imza atıb.
Bu qələbə sayəsində "Nyu York Kosmos” NPSL-in (Milli Futbol Premyer Liqası) qalibi olub.