"Fənərbaxça" heyətinə daha bir futbolçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl İttihad" klubundan Qari Rodrigesi 2 illik icarəyə götürüb. Bunun üçün Ərəbistan klubuna icarrə haqqı ödənilməyib. "Fənərbaxça"nın kabo-verdeli yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna da sahibdi.
Qeyd edək ki, Rodriges 2017-ci ilin qışından 2019-un yanvar ayına kimi "Qalatasaray"da çıxış edib. "Cim-Bom" bu ilin əvvəlində onu ərəblərə 9 milyon avroya satmışdı.
Fanat.Az