"Barselona" 3 ulduz futbolçusunu satışa çıxarıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubu Filipp Koutinyo, Malkom və Rafinyanı (Rafael Alkantara) satmaq niyyətindədi.
"Barselona" Antoine Qrizmann və Frenk de Yonqun transferinə 200 milyon avroya yaxın pul xərcləyib. Klub rəhbərliyi 3 futbolçunun satışından 150 milyon avro qazanaraq büdcəni doldurmaq istəyir.
"Barselona" həmçinin İvan Rakitiç, Samuel Umtiti və Arturo Vidal üçün də sərfəli təklifləri qəbul etməyə hazırdı.
Fanat.Az