Bu il keçiriləcək klublararası dünya çempionatının tarixi açıqlanıb.
Fanat.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarış dekabrın 11-də start götürəcək və ayın 21-də başa çatacaq. Turnirə Qətər ev sahibliyi edəcək.
Klublararası dünya çempionatına 7 klub qatılacaq. Artıq onlardan 5-inin adı müəyyənləşib. Avropadan (UEFA) İngiltərənin "Liverpul”, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrindən (CONCACAF) Meksikanın "Monterrey”, Afrikadan (CAF) Tunisin "Esperans”, Okeaniyadan (OFC) Yeni Kaledoniyanın "Hiengene Sport” (Yeni Kaledoniya) və meydan sahibi Qətərin "Əl-Sədd” klubları yarışa qatılmaq hüququ qazanıb.
Siyahıya Cənubi Amerikada (CONMEBOL) Libertadores Kubokunun və Asiya Çempionlar Liqasının (AFC) qalibi də əlavə olunacaq. Libertadores Kubokunda mübarizə noyabrın 24-də, Asiya Çempionlar Liqasında bir gün sonra başa çatacaq.
Fanat.Az