Fransa millisinin sabiq futbolçusu Patris Evra karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə 38 yaşlı müdafiəçi özü məlumat verib.
O, məşqçi kimi çalışmaq istədiyini deyib: "Futbolçu karyeram rəsmən başa çatdı. 2013-cü ildə UEFA-nın B kateqoriyalı kursunda iştirak etmişəm. Təhsilimi bitirmək və A lisenziyasını almaq istəyirəm. Hər şey plan üzrə getsə, il yarımdan sonra istənilən klubu çalışdırmağa hazır olacam".
Qeyd edək ki, Evranın son iş yeri İngiltərənin "Vest Hem” klubu olub. O, karyerası ərzində bu ölkənin "Mançester Yunayted”, Fransanın "Monako”, "Nitsa”, "Marsel”, İtaliyanın "Montsa”, "Marsala” və "Yuventus” klublarının formasını geyinib.
Fanat.Az