"Liverpul” və "Çelsi” arasında keçiriləcək UEFA Super Kuboku oyununun təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, ilk dəfə olaraq, kişilər arasında təşkil olunan avrokubok matçını qadın hakim idarə edəcək.
Matç Fransa Futbol Federasiyasından Stefani Frapparta həvalə olunub. Ona irlandiyalılar - Manuela Nikolosi ilə Mişel Onil yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə türkiyəli Cüneyt Çakır yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 14-də Türkiyənin İstanbul şəhərindəki "Vodafon Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Son mövsümdə "Liverpul” Çempionlar Liqasının, "Çelsi” isə finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub.
Fanat.Az