"Qalatasaray" Emre Morun keçidini rəsmiləşdirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı yarımmüdafiəçini İspaniyanın "Selta” klubundan bir illik icarəyə götürüb. Buna görə ispanlara 600 min avro, futbolçunun özünə isə 725 min avrö ödəniləcək. "Qalatasaray" 2020-ci ilin 31 mayına qədər 8 milyon avro ödəyərək Emre Morun transfer hüququnu ala bilər.
Qeyd edək ki, Emre Mor "Selta"ya 2017-ci ildə Dortmund "Borussiya"sından 13 milyon avroya transfer olunub. O, "Qalatasaray"ın bu yay etdiyi 9-cu transfer olub.
Fanat.Az