"Milan” heyətinə daha bir futbolçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "Empoli”dən İsmael Bannaseri transfer edib. 21 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. "Milan" bu transfer üçün "Empoli"yə 16 milyon avro ödəyib.
Qeyd edək ki, əlcəzairli yarımmüdafiəçi 2017-ci ildə 1 milyon avroya "Arsenal”dan "Empoli”yə transfer olunmuşdu. Banneser bu il keçirilən Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu seçilib. O, bu turnirdə bütün 7 oyunda iştirak edib, 3 qolun ötürməsini verib. Bunlardan biri finalda olub ki, bu ötürmə sayəsində də Əlcəzair qol vuraraq qələbə qazanıb.
Fanat.Az