"Fənərbaxça TV"nin aparıcısı Dilay Kemer yenidən xərçəngə tutulub.
Fanat.Az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib. "Twitter"də paylaşım edən Dilay xəstəliyin yenidən aşkarlandığını və çox məyus olduğunu bildirib.
Qeyd edək ki, ötən il Dilay Kemerdə qan xərçəngi aşkarlanmışdı. Başda "Fərənbaxça"lılar olmaqla minlərlə insan onun üçün qan vermiş və aparıcıya 6 öncə ilik nəql olunmuşdu. O, aprel ayında xəstəliyə qalib gəldiyini açıqlamışdı.