"Barselona" yoldaşlıq oyununda "Napoli"ni darmadağın edib.
Fanat.Az xəbər verir ki, ABŞ-ın Enn-Arbor şəhərinin "Miçiqan" stadionunda baş tutan görüş 4:0 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.
Oyunda bütün qollar ikinci hissədə vurulub. Luis Suares dubl etdiyi halda, Osman Dembele və Antoine Qrizmann hərəyə bir dəfə fərqlənib. Bu həm də Qrizmannın yeni komandasında ilk qolu olub.