"AVRO-2020"nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Xorvatiya yığmasının futbolçusu İvan Perişiç karyerasını Almaniyada davam etdirəcək.
Fanat.Az "Corriere Dello Sport”a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "İnter"dən "Bavariya”ya keçir. Milan klubu onu Münhen təmsilçisinə bir illik icarəyə verib. "Bavariya" Perişiçin transfer hüququnu ala bilər. Futbolçu tibbi müayindən keçmək üçün Almaniyaya yollanıb. Rəsmi müqavilə tezliklə imzalanacaq.
Qeyd edək ki, Perişiç "İnter"ə 2015-ci ildə "Volfsburq"dan 19 milyon avroya transfer olunub. O, ötən mövsüm 45 oyunda meydana çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Fanat.Az