Hollandiyalı futbolçu Uesli Sneyder karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə veteran futbolçu özü məlumat verib.
Qeyd edək ki, karyerasına "Ayaks"da başlayan Sneyder daha sonra ardıcıl olaraq "Real" (İspaniya), "İnter" (İtaliya), "Qalatasaray"(Türkiyə), "Nitsa" (Fransa) və "Əl-Qarafa" (Qətər) klublarında çıxış edib. Karyerası ərzində 573 rəsmi matça çıxaraq 152 qol vurub və 142 məhsuldar ötürmə edib. Sneyder Çempionlar Liqasının (1), klublararası dünya çempionatının (1), Hollandiya (1), İspaniya (1), İtaliya (1), Türkiyə (2) çempionatlarının, Hollandiya (2), İtaliya (2), Türkiyə (3), Qətər (1) kuboklarının, həmçinin Hollandiya (1), İtaliya (1) və Türkiyə (3) Super kuboklarının qalibi olub.
Veteran futbolçu 2003-2018-ci illərdə Hollandiya millisində 134 oyun keçirərək 31 qol vurub. O, 2010-cu ildə dünya çempionatının gümüş, 4 il sonra bürünc medalını qazanıb.
Fanat.Az