"Yuventus”un futbolçusu Kriştiano Ronaldo karyerasını başa vuracağı taxrilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Portuqaliya millisinin üzvü indi bu barədə düşünmədiyini bildirib.
"Ola bilər ki, gələn il karyeramı başa vuram. Bununla belə, 40 və ya 41 yaşıma qədər oynaya bilərəm. Bilmirəm... Hamı deyir ki, andan həzz almaq lazımdır. Məndə bunu etməyə davam etməliyəm" deyə 34 yaşlı hücumçu bildirib.
Qeyd edək ki, Ronaldo "Yuventus"dan əvvəl Portuqaliyada "Sportinq”in, İngiltərədə "Mançester Yunayted”in, İspaniyada isə "Real"ın formasını geyinib.
Fanat.Az