İbrahim Şehiç "Erzurumspor"u tərk edir.
Fanat.Az slobodna-bosna.baa saytına istinadən xəbər verir ki, "Qarabağ"ın sabiq qapıçısı ötən mövsüm Türkiyə Super Liqasını tərk edən Ərzurum təmsilçisində qalmayacaq.
Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Belə ki, Bosniya və Herseqovina millisinin üzvü "Əl-Əhli" klubuna keçməyə hazırlaşır. Hazırda bu klubda daha iki bosniyalı - Ervin Zukanoviç və Elvis Sariç çıxış edir.
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci ildə "Qarabağ"da çıxış edib.
Fanat.Az