İtaliya A Seriyasında II tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə "Yuventus" "Napoli"ni qəbul edib. 7 qolun vurulduğu qarşılaşmada Turin klubu qələbə qazanıb - 4:3.
"Yuventus"un heyətində Danilo, Qonzalo Hiquayn və Kriştiano Ronaldo fərqlənib. Daha bir topu isə Xalidu Kulibali öz qapısına vurub. "Napoli"nin qollarına Konstantinos Manolas, Hirvinq Lozano və Covanni Di Lorenzo imza atıb.
Qeyd edək ki, "Yuventus" 2 turdan sonra maksimum xalla turnir cədvəlinə başçılıq edir. "Napoli"nin isə 3 xalı var.
Fanat.Az