İspaniya La Liqasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, mərkəzi oyunda "Barselona” "Valensiya”nı qəbul edib. Görüş kataloniyalıların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona"nın heyətində Luis Suares dubl edib, Cerard Pike, Anssumane Fati və Frenki de Yonq bir qol vurub. "Valensiya"nın qollarına isə Kevin Qameyro
və Maksimiliano Qomes imza atıb.
Qeyd edək ki, "Barselona" 4 turdan sonra 7 xalla 4-cü, "Valensiya" 4 xalla 14-cü pillədə qərarlaşıb.
Fanat.Az