Hollandiya millisinin sabiq üvzü Fernando Riksen bu gün vəfat edib.
Fanat.Az xəbər verir ki, 2013-cü ildən amiotrofik skleroz (mərkəzi sinir sisteminin iflici) xəstəliyindən əziyyət çəkən veteran futbolçu 43 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Riksen Hollandiyanın "Fartuna", "Alkmaar", Şotlandiyanın "Reyncers" və Rusiyanın "Zenit" klublarında çıxış edib. 2006-2009-cu illərdə "Zenit"də oynayan Fernando Rusiya çempionluğunu və Rusiya superkubokunu, eləcə də UEFA kuboku və UEFA Super Kubokunu qazanıb. O, Hollandiya millisində 12 oyun keçirib.
Fanat.Az