İspaniya La Liqasında V tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun mərkəzi oyununda "Real" "Sevilya"nın qonağı olub.
Oyunun taleyini bir qol həll edib. 64-cü dəqiqədə fərqlənən Kərim Benzema "Real"a qələbə qazandırıb.
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sevilya" 5 turda 10 xal toplayıb və "Qranada", "Real Sosyedad" və "Atletiko" ilə 3-6-cı pillələri bölüşür. Turnir cədvəlinə başçılıq edən "Real" və "Atletik"in isə 11 xalı var.
Fanat.Az