FIFA "The Best" mükafatının qaliblərini elan edir.
Fanat.Az xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən mərasimdə ilin ən yaxşı qolunun müəllifi - Frenk Puşkaş mükafatının sahibi müəyyənləşib.
Macarıstanın "Debretsen" klubunun futbolçusu Daniel Jorinin vurduğu qol ən yaxşı seçilib.
Rumıniyalı futbolçu Macarıstan çempionatında vurduğu qola görə mükafatlandırılıb. Onun "Ferensvaroş” – "Debretsen” matçında meydan sahiblərinin qapısından keçirdiyi top digər namizədlər Lionel Messi (Barselona) və Xuan Kinteronu (River Pleyt) qabaqlayıb.