Cənubi Kipr çempionatında IV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi APOEL də növbəti matçına çıxıb. Komanda səfərdə "Paralimni” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. APOEL-in heyətində Georgios Merkis dubl edib, Linus Hallenius bir qol vurub.
Qeyd edək ki, APOEL cəmi iki oyun keçirib və 6 xalla 5-ci pillədə qarşılaşıb. "Qarabağ”ın Cənubi Kipr təmsilçisi ilə ilk oyunu oktyabrın 24-də Bakıda, cavab görüşü isə noyabrın 7-də səfərdə keçiriləcək.
Fanat.Az