"Real"ın futbolçusu Ferlan Mendi zədələnib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçi sol ayağından zədə alıb. Fransalı futbolçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Mendi iyun ayında "Lion"dan "Real"a 48 milyon avroya transfer olunub. O, Madrid klubunda 3 oyun keçirib.
Fanat.Az