Fransanın "Lion” klubu baş məşqçisi Silvinyo ilə yollarını ayırır.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, klub baş məşqçilə müqavilənin ləğvi proseduruna başlayıb. Bu müddətdə komandaya baş məşqçinin köməkçisi Jerald Batikl başçılıq edəcək. Ona isə klubun idman direktoru Juninyo Pernambukano nəzarət edəcək.
Qeyd edək ki, "Lion” Liqa 1-in IX turunun "Sent-Etyen"lə oyununun 90-cı dəqiqəsin qol buraxaraq məğlub olub (0:1). Bunula da klub 9 oyunda 9 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində 14-cü yeri tutur.
Fanat.Az