Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"suna rəhbərlik edəcək mütəxəssis müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu vəzifəyə Kiril Novikov təyin edilib. O, uğursuzluq səbəbindən istefa verən Dmitri Xoxlovu əvəzləyib.
Bu ilin mayından "Dinamo”nun gənclərdən ibarət komandasını çalışdıran 38 yaşlı mütəxəssis yeni baş məşqçi təyinatına qədər bu vəzifəni icra edəcək. Baş məşqçi postuna əsas namizəd Mirça Luçeskudu.
Qeyd edək ki, "Dinamo" 12 turdan sonra 10 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az