La Liqanın X turunda baş tutacaq "Barselona" - "Real" oyununun vaxtı dəyişdirilə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Oktyabrın 26-ı "Nou Kamp"da keçirilməli olan matçın dekabrın 18-i oynanılması mümkündü. Buna Kataloniyada siyasi məsələlərə görə baş verən etirazlar səbəb ola bilər.
La Liqa rəhbərliyi əvvəlcə görüşün yerinin dəyişdirilməsini təklif etsə, bununla nə klublar, nə də İspaniya Futbol Federasiyası razı olub. Bildirilir ki, bu mövsümün ilk "El Klassiko"sunun vaxtının dəyişdirilməsi variantına isə "Real" və "Barselona" narazı deyil. Son qərarı La Liqa, İspaniya Futbol Federasiyası nümayəndəsi və müstəqil komitə üzvü Lukas Osorionun yer aldığı xüsusi komitə verəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol