İspaniya La Liqasının oyunu ABŞ-ın Mayami şəhərində keçiriləcək.
Fanat.Az "Marca”ya istinadən xəbər verir ki, XVI turun "Vilyarreal” - "Atletiko” görüşü okeanın o tayında baş tutacaq. Artıq hər iki klub oyunun 65 min tamaşaçı tutumuna malik "Hard Rok” stadionunda keçirilməsinə razılıq verib.
Qeyd edək ki, ötən mövsüm La Liqa rəhbərliyi "Barselona” - "Jirona” oyununu da ABŞ-da təşkil etmək istəsə də. müxtəlif səbəblərdən alınmamışadı.
Fanat.Az