"Mançester Yunayted"i növbəti iki transfer pəncərəsi planları barədə qərar verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki, Mançester təmsilçisi 2 hücumçu, 2 mərkəz yarımmüdafiəçisi, 1 mərkəz və 1 sol cinah müdafiəçisi transfer edəcək.
"Mançester Yunayted"in hücumçu xəttinə əsas namizədləri "Yuventus"dan Mario Mancukiç və "Lion"dan Mussa Dembeledi. Yarımmüdafiə xəttinə "Atletiko"dan Saul Niges və "Lester"dən Ceyms Meddisonu transfer etmək istəyən Premyer Liqa klubunun müdafiəçi möqveyinə namizədləri bəlli deyil.
Fanat.Az