İngiltərə Premyer Liqasında X tura yekun vurulub.
Fanat.Az turun mərkəzi görüşü Mersisaydda keçirilib. Lider "Liverpul” çətin günlərini yaşayan "Tottenhem”i sınağa çəkib.
Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 2:1. "Liverpul"un qollarına Cordan Henderso və Məhəmməd Salah imza atıb. "Tottenhem"dən isə Harri Keyn fərqlənib.
Qeyd edək ki, "Liverpul" 10 turdan sonra 28 xalla turnir cədvəlinə başçılıq edir. "Tottenhem" isə 12 xalla 11-cidi.
Fanat.Az