Xorvatiya millisinin üzvü İvan Rakitiç qışda "Barselona"dan ayrılacaq.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək getmək istədiyini deyib. Kataloniya təmsilçisinin rəhbərliyi 31 yaşlı futbolçunun getməsinə razılıq verib.
Qeyd edək ki, Rakitiç bu mövsüm La Liqada 6 oyunda meydana çıxıb. Onunla "Mançester Yunayted" və "İnter"in maraqlandığı iddia olunur. O, Xorvatiya millisinin heyətində bu ilin 21 martında Zaqrebdə millimizə qarşı 90 dəqiqə oynayıb. "AVRO-2020"nin seçmə mərhələ matçı xorvatların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az