İspaniya La Liqasında XI turun daha bir oyunu başa çatıb.
Fanat.Az xəbər verir ki, "Barselona" bu turda "Valyadolid"lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.
"Barselona"nın heyətində Lionel Messi dubl edib, Klemen Lanqle, Arturo Vidal və Luis Suares hərəyə bir qol vurub. "Valyadolid"in qoluna isə Kiko imza atıb.
Bu qələbə ilə xalını 22-ə (10 oyundan) çatdıran "Barselona" komandası liderliyə yüksəlib. "Qranada" 20 xalla 2-ci, "Atletiko" eyni xalla 3-cüdür.
Fanat.Az