İspaniya La Liqasında XII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ”ın rəqibi olan "Sevilya” Madrid "Atletiko”su ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
"Sevilya” hazırda 21 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ” İspaniya klubu ilə Bakıda baş tutan ilk oyunda məğlub olub – 0:3. Ağdam klubu bu rəqiblə ikinci matçını noyabrın 28-də səfərdə keçirəcək.
Fanat.Az